Qusar Olimpiya İdman Kompleksində boks idman növünün inkişafı üçün təbliğat aparılıb.
Shimal.News Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən bildirir ki, 30 nəfər gənc idmançı təlimə qatılıb. Məşqçi-müəllim Elşən Şükürov "İdman hamı üçün" layihəsi çərçivəsində iştirakçılara fənlər göstərib və onların suallarını cavablandırıb.