“Quba – İdman Paytaxtı 2024” çərçivəsində keçirilən “Sağlam həyat” günlərinə yekun vurulub. Bu haqda ShimalNews 12 aprel tarixində məlumat verir.
Nizami parkı ərazisində 5 gün davam edən tədbirə 1000 nəfərdən çox iştirakçı qoşulub. Müxtəlif yaş qruplarında qaçış, yerindən uzunluğa tullanma, topatma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "pres") normativləri yerinə yetirilib. Sonda sertifikatlar təqdim olunub.