Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov bu gün Gəncə şəhərindəki qəbiristanlıqların birində torpağa tapşırılıb.
Shimal.News xəbər verir ki, 41 yaşlı Vüsal İbrahimovun meyiti ötən gün Şamaxıdakı evində aşkarlanıb.
Mərhum avqust ayında mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.