top
Qubada kəndlilər ev kirayəsini gəlir mənbəyinə çevirirlər
Bu gün, 09:09
- ↺ +

Qubada kəndlilər ev kirayəsini gəlir mənbəyinə çevirirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Turistlər təkcə gecələmək üçün deyil, kənd təsərrüfatı məhsulları almaq və yerli mətbəxlə tanış olmaq üçün də bölgələrə üz tuturlar.

Qubanın Qımılqazma kəndində yaşayan Firuz İsmayılov evini ilin bütün fəsillərində turistlərə kirayə verir. O, dövlət tərəfindən müəyyən avadanlıqlarla təmin olunduğunu, əlavə olaraq isə öz hesabına generator və istilik sistemi quraşdırdığını deyir.

Firuz İsmayılovun sözlərinə görə, evin günlük kirayə qiyməti mövsümdən asılı olaraq 40–70 manat arasında dəyişir. Hazırda isə qonaqların gecələmək üçün əsasən 50 manat ödədiklərini bildirir.

Kənd evlərində qalan turistlər yerli sakinlərdən alma, qoz, toyuq və digər kənd təsərrüfatı məhsulları da alırlar. Bu, ev sahibləri ilə yanaşı, kənddə təsərrüfatla məşğul olan digər ailələr üçün də əlavə qazanc imkanı yaradır.

Ekspertlər hesab edirlər ki, kənd evlərinin turistlərə kirayə verilməsi regionlarda iqtisadi fəallığın artmasına, yerli məhsulların satışının genişlənməsinə və kənddən şəhərə miqrasiyanın azalmasına töhfə verə bilər.

Bununla yanaşı, ev sahiblərinin təhlükəsizlik qaydalarına əməl etməsi və kirayə şərtlərini müqavilə ilə rəsmiləşdirməsi vacib sayılır. Müqavilədə evin hansı müddətə və hansı qiymətə kirayəyə verildiyi, eləcə də əmlakın vəziyyəti və digər şərtlər göstərilməlidir.

Kənd turizminin davamlı inkişafı üçün təbiətin qorunması, tullantıların düzgün idarə edilməsi və kəndlərin tarixi-mədəni simasının saxlanılması da mühüm əhəmiyyət daşıyır. Mənbə: Apa.аz

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:44

Şamaxıda vəfat edən rəis Gəncədə dəfn edildi

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 26-cı günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:00

Qusarlı şirniyyat ustası medalla təltif olundu

İdman
Dünən, 17:30

"Şahdağ Qusar" "Səbail"ə qalib gəlib

Hadisə
Dünən, 16:44

Şəkili sabiq deputat vəfat edib

Hadisə
Dünən, 15:57

Qubada 30 yaşlı kişinin meyiti tapılıb - FOTO - YENİLƏNİB

Cəmiyyət
Dünən, 15:08

Zaqatala dağlarında tək yaşayan 90 yaşlı nənə - VİDEO

Hadisə
Dünən, 14:20

Qubada qanunsuz qum-çınqıl karxanalarının fəaliyyəti dayandırıldı

İqtisadiyyat
Dünən, 13:00

Qanunsuz verilən 2040 hektar örüş sahələri kəndliyə geri qaytarılıb

Cəmiyyət
Dünən, 12:11

Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırılıb

Cəmiyyət
Dünən, 12:01

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 11:58

"Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru" kitabı çapdan çıxıb

Cəmiyyət
Dünən, 10:43

Xaçmazın bu kəndi dayanacaqsız qalıb

Hadisə
Dünən, 09:46

Qubada zəncirvari qəza: "Sürücü sərxoş olub"

Hadisə
Dünən, 09:37

Qaxda məktəbli qıza qarşı cinsi zorakılıq: 2 nəfər həbs edildi

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
20 oktyabr 2026, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
20 oktyabr 2026, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
20 oktyabr 2026, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
20 oktyabr 2026, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
20 oktyabr 2026, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
20 oktyabr 2026, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
20 oktyabr 2026, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
20 oktyabr 2026, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
20 oktyabr 2026, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
20 oktyabr 2026, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
20 oktyabr 2026, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Oxşar xəbərlər