Qusar rayon sakini, "Deluxe Park Qusar Hotel"in baş şirniyyatçısı Amik Hasəliyev Azərbaycan Milli Kulinariya Assosiasiyasının fəxri üzvlüyünə layiq görülüb və medalla təltif olunub.
Shimal.News xəbər verir ki, təltifetmə oktyabrın 20-də Beynəlxalq Kulinariya Günü münasibətilə Bakı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbir çərçivəsində baş tutub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Mərkəzdə Bakı Kulinariya Assosiasiyası ilə birgə təşkil olunan tədbirdə Amik Hasəliyev də iştirak edib. O, Azərbaycan Milli Kulinariya Assosiasiyasının fəxri üzvü seçilib və medalla təltif olunub.
Qeyd edək ki, tədbir çərçivəsində həssas qruplardan olan uşaq və yeniyetmələrin iştirakı ilə peşəkar kulinarların dəstəyi ilə Yapon mətbəxinə aid suşi hazırlanması üzrə master-klas da keçirilib.