top
Mədəniyyət rüzgarı Quba-Xaçmaz bölgəsində əsəcək
Bu gün, 10:46
- ↺ +

"Mədəniyyət rüzgarı" Quba-Xaçmaz bölgəsində əsəcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) həyata keçirdiyi "Mədəniyyət rüzgarı" layihəsi davam edir.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə oktyabrın 23-dən 30-dək layihə çərçivəsində Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında silsilə tədbirlər keçiriləcək.

Oktyabrın 23-də Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında muzey əməkdaşları üçün təlimlərə start veriləcək. Daha sonra kitabxana əməkdaşları üçün "KOHA AKİS-in funksional imkanları və onlardan səmərəli istifadə yolları" mövzusunda, Siyəzən şəhər Uşaq İncəsənət Məktəbində isə musiqi və incəsənət məktəblərinin müəllimləri üçün "Tədris sənədləşməsi" adlı təlim təşkil olunacaq.

Layihə çərçivəsində musiqi ixtisasları üzrə ustad dərsləri də nəzərdə tutulur. Oktyabrın 26-da Xaçmaz şəhər Uşaq Musiqi Məktəbində fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçiriləcək. 

Oktyabrın 28-də isə Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində "Sənət dialoqu" layihəsi çərçivəsində Xalq artisti, tarzən Elçin Həşimovun iştirakı ilə görüş təşkil olunacaq.

Oktyabrın 30-da Quba şəhər Uşaq İncəsənət Məktəbində tar və qarmon ixtisasları üzrə ustad dərsləri ilə "Mədəniyyət rüzgarı" layihəsi başa çatacaq.

Xatırladaq ki, MEMİM-in ötən ildən həyata keçirdiyi "Mədəniyyət rüzgarı" layihəsinin ilk tədbirləri 2025-ci ilin aprelində Gəncə şəhərində, növbəti silsilə tədbirləri isə həmin ilin oktyabrında Qarabağ bölgəsində reallaşıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 10:53

Şimalın dağlıq ərazilərində dolu gözlənilir

Cəmiyyət
Bu gün, 09:44

Şamaxıda vəfat edən rəis Gəncədə dəfn edildi

Cəmiyyət
Bu gün, 09:09

Qubada kəndlilər ev kirayəsini gəlir mənbəyinə çevirirlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 26-cı günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:00

Qusarlı şirniyyat ustası medalla təltif olundu

İdman
Dünən, 17:30

"Şahdağ Qusar" "Səbail"ə qalib gəlib

Hadisə
Dünən, 16:44

Şəkili sabiq deputat vəfat edib

Hadisə
Dünən, 15:57

Qubada 30 yaşlı kişinin meyiti tapılıb - FOTO - YENİLƏNİB

Cəmiyyət
Dünən, 15:08

Zaqatala dağlarında tək yaşayan 90 yaşlı nənə - VİDEO

Hadisə
Dünən, 14:20

Qubada qanunsuz qum-çınqıl karxanalarının fəaliyyəti dayandırıldı

İqtisadiyyat
Dünən, 13:00

Qanunsuz verilən 2040 hektar örüş sahələri kəndliyə geri qaytarılıb

Cəmiyyət
Dünən, 12:11

Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırılıb

Cəmiyyət
Dünən, 12:01

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 11:58

"Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru" kitabı çapdan çıxıb

Cəmiyyət
Dünən, 10:43

Xaçmazın bu kəndi dayanacaqsız qalıb

Hadisə
Dünən, 09:46

Qubada zəncirvari qəza: "Sürücü sərxoş olub"

Hadisə
Dünən, 09:37

Qaxda məktəbli qıza qarşı cinsi zorakılıq: 2 nəfər həbs edildi

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
20 oktyabr 2026, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
20 oktyabr 2026, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
20 oktyabr 2026, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
20 oktyabr 2026, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
20 oktyabr 2026, 17:00

Zərdabidə bu yol asfaltlandı

Oxşar xəbərlər