Şimal təmsilçiləri noyabrın 26-sı və 27-də meydana çıxacaqlar.
Shimal.News xəbər verir ki, I Liqada IX turun oyun cədvəli açıqlanıb.
Qusarın "Şahdağ Qusar" komandası noyabrın 26-da Bakıda "Baku Sportinq"in qonağı olacaq. Görüş saat 14:30-da "Baku Sportinq Arena"da başlayacaq.
Digər şimal təmsilçisi "Şimal" isə noyabrın 27-də səfərdə "Səbail"lə qarşılaşacaq. "Bank Respublika Arena"da keçiriləcək oyun saat 16:00-da başlayacaq.
Qeyd edək ki, turun bütün görüşləri Peşəkar Futbol Liqasının "I Liqa / II Liqa" YouTube kanalında canlı yayımlanacaq.