İsmayıllıda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçiriləcək. Bu haqda 10 aprel tarixində Shimal.news Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yarışın açılışı və ilk mərhələsi aprelin 11-i saat 10:00-da Mərkəzi Meydanda, digər mərhələlər isə 3 nömrəli məktəb-liseyin idman bazasında baş tutacaq.
Hərbi idman oyununu keçirməkdə məqsəd gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsini artırmaqdır.