Futbol üzrə Azərbaycan 2-ci Liqasında 2024/2025-ci illər mövsümünün 4-cü turunun oyun cədvəli müəyyənləşib.
ShimalNews Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun ikinci günü sentyabrın 24-ü, saat 16:00-da keçiriləcək:
Siyəzən şəhər stadionunda “Şimal” rəqibi “Şəfa”nı qəbul edəcək. “Sheki City” isə “Hypers Guba” ilə Şəki şəhər stadionunda qarşılaşacaq.
Şirvan Olimpiya İdman Kompleksinin stadionunda – “Saatlı-Araz” – “Şahdağ Qusar”la güclərini sınayacaq.