Bakının Bilgəh qəsəbəsinin dəniz çimərliyində suda boğulan iki şəxsdən birinin Qusar rayon sakini olduğu məlum olub.
Shimal.News xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə daxil olan məlumata görə, hadsə sentyabrın 19-u baş verib. Əraziyə xilasedici dalğıc-axtarış qrupu cəlb olunub.
Suda boğulan iki şəxsdən biri Qusar rayon sakini 18- yaşlı Elmin Elmar oğlu Əmirəliyev olub. Digər şəxs isə Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadədir.