Qaxda minik avtomobilinin aşması nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə noyabrın 4-də saat 23:00 radələrində Qax-Qorağan avtomobil yolunda baş verib.
Qax rayon sakininin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı rayonun Qarabaldır kənd sakini, 40 yaşlı Paşa Yəhyayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Lent.аz