İsmayıllı şəhərində gənc oğlan dairədə hərəkət edən avtomobilə çırpılıb.
Shimal.News xəbər verir ki, hadisə zamanı yolu təhlükəli şəkildə keçən piyada toqquşmadan sonra yerə yıxılıb, lakin ayağa qalxaraq yoluna davam edib.
Qəza nəticəsində hər hansı maddi ziyanın və ya xəsarətin olması barədə məlumat yoxdur.