Mirzəqışlaq kəndi ərazisindən baş verən qəzada yaralan 5 nəfərin vəziyyəti ilə bağlı açıqlama verilib.
Shimal.News-un sorğusuna TƏBİB-dən cavab olaraq bildirilib ki, Quba ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) 18.09.2026-cı il tarixində saat 15:30 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentlərin vəziyyətləri orta ağır qiymətləndirilir".
***
Bakı-Quba yolunun Quba rayonunun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Mənbə: Apa.аz