Bu gün səhər saatlarında Qax-Qorağan avtomobil yolunun Qax rayonunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News-un məlumatına görə, hərəkətdə olan "Ford" markalı yük avtomobili ilə "VAZ-21099" markalı minik avtomobili toqquşub. Nəticədə Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan Gülnarə Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, xəsarət alan şəxslər Şəki rayon sakinləridir.
Faktla bağlı araşdırma aparılır.