Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Padar kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News-un məlumatına görə, hərəkətdə olan "VAZ-2106" və "VAZ-21011" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilə ziyan dəyib.
Qəza zamanı xəsarət alanların olub-olmaması barədə dəqiq məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.