Xaçmaz rayonunun Xudat şəhərində dünən (11.11.2026) axşam saatlarında minik avtomobilində yanğın baş verib.
Shimal.News xəbər verir ki, hadisə "Hyundai Accent" markalı avtomobilin ön hissəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.