Bu gün Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında Aqrar Biznes Festivalı və növbəti Toxum Sərgi-Satış Yarmarkası start götürür.
Shimal.News xəbər verir ki, saat 11:00-dan etibarən fermerlərə dövlət dəstəyi mexanizmləri barədə məlumat veriləcək, toxum məhsulları sərgilənəcək və satışa çıxarılacaq.
Festival çərçivəsində "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi təşkil olunacaq.
Tədbirin əsas istiqamətlərindən biri fermerlərin keyfiyyətli və sertifikatlı toxumlara çıxış imkanlarının genişləndirilməsidir. Belə yarmarkalar toxum istehsalçıları ilə fermerlər arasında birbaşa əlaqələrin qurulmasına, məhsulların tanıdılmasına və satışına şərait yaradır.
Festival həmçinin aqrar sahədə fəaliyyət göstərən fermerlərin, sahibkarların və müvafiq qurumların əməkdaşlığının genişləndirilməsinə xidmət edir.