Qusar idmançıları Malik Zeynalov və Rahim Burcaliyev Bakıdakı yarışda müvafiq olaraq qızıl və gümüş medala layiq görülüblər.
Shimal.News xəbər verir ki, Bakı şəhərindəki Sərhədçi İdman Mərkəzində kikboksinq üzrə Şuşa Kuboku yarışı keçirilib.
Qusar Olimpiya İdman Kompleksinin boks, kikboksinq və MMA üzrə məşqçi-müəllimi Elşən Şükürovun yetirmələri yarışda uğurlu nəticə göstəriblər.
80 kq çəki dərəcəsində mübarizə aparan Malik Zeynalov birinci yerə, 50 kq çəki dərəcəsində çıxış edən Rahim Burcaliyev isə ikinci yerə layiq görülüb.
Qusar Olimpiya İdman Kompleksi idmançıları və məşqçiləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.![]()
![]()
![]()