Abbasqulu ağa Bakıxanovun Qubanın Amsar kəndində yerləşən ev-muzeyi baxımsız vəziyyətdədir.
Shimal.News xəbər verir ki, muzeyin vəziyyəti ilə bağlı yazıçı-publisist Şəmil Sadiq sosial şəbəkədə paylaşım edib. O, tarixi məkanın qorunmasına və tanıdılmasına daha çox diqqət ayrılmasını istəyib. Paylaşım müzakirələrə səbəb olub. Şəmil Sadiq tarixi şəxsiyyətlərə və irsə münasibətin çox vaxt yalnız çıxışlarda və pafoslu fikirlərdə ifadə olunduğunu bildirib.
Bakıxanov Azərbaycan yazılı tarixşünaslığının banilərindən biridir. Buna baxmayaraq, onun ev-muzeyi və heykəlinin hazırkı vəziyyəti bu şəxsiyyətə göstərilməli olan münasibətə uyğun deyil.
Qeyd edək ki, bundan əvvəl də ictimai şəxslər Bakıxanovun ev-muzeyinin vəziyyətinə diqqət çəkiblər. Lakin muzeyin şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılmayıb.