top
Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir
Bu gün, 16:51
- ↺ +

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri, şəhid Valeh Bədəlovun atası Vahid Bədəlovun əlilliyə görə aldığı pensiya kəsilib.

Bu şikayətlə müraciət edən şəhid anası Südabə Qazıyevanın sözlərinə görə, həyat yoldaşının çoxsaylı xəstəlikləri var və vəziyyəti ağırdır:

"Həyat yoldaşım Vahid Bədəlov 2016-cı ildə Aprel döyüşləri zamanı infarkt keçirdi. Açıq ürək əməliyyatı olundu, ürəyinə stent qoyuldu. Sonra ona II qrup əlillik təyin olundu və beş il pensiya aldı. Əvvəldən şəkər xəstəliyi var idi. 2020-ci ildə isə şəkəri çox ağır vəziyyətə düşdü və ikinci dəfə bu xəstəliyinə görə əlillik təyin edildi.

Yoldaşım beyin qansızması keçirmiş adamdır, mədəaltı vəzi demək olar ki, sıradan çıxıb, işləmir, ayaqları millə yığılıb. 2022-ci ildə onu maşın vurmuşdu. Kəllə-beyin travması alıb. Həm ürəyində stent var, həm də gözlərindən və düz bağırsağından əməliyyat olunub. Çoxsaylı xəstəlikləri var, bu insanın salamat bir yeri yoxdur. Günümüz xəstəxanalarda keçir".

Şəhid anası bildirib ki, bir aydan çoxdur xəstəxanaları gəzsələr də, problemi həll edə bilmirlər:

"Oktyabr ayında növbəti müayinə üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Bir aydır xəstəxanaları gəzirik. Maşın tutub Bakıya da aparmışam. Orada bizi endokrinologiya, ürək və baş-beyin travması ilə bağlı üç xəstəxanaya göndərdilər. Hamısından sənədləri toplayıb qayıtdıq. İndi onları sistemə daxil etmək üçün bizi yenidən Şəkiyə göndərirlər. Maşın tuturam, yoldaşım da xəstədir, gedib-gəlirik. Bir aydır yollardayıq. Axırda bizə bildirdilər ki, Zaqatalada sənədlər sistemə daxil edilməlidir, sonra bizə gün təyin olunmalı və Şəkiyə getməliyik.

Dedilər ki, TƏBİB-dən Zaqatala xəstəxanasına göstəriş verilib ki, bu adamın sənədlərini ümumiyyətlə sistemə daxil etməsinlər. Mən tələb edirəm ki, heç olmasa, sənədləri sistemə daxil etsinlər, yoldaşımı əyani komissiyanın qarşısına aparım, orada onun hansı vəziyyətdə olduğunu görsünlər".

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.

Qeyd edək ki, şəhid baş leytenant Valeh Bədəlov 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci ildə Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəbrayıl döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Tala kəndində torpağa tapşırılıb.

O, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medallarına, həmçinin ən yüksək fəxri adlardan biri olan "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Valeh Bədəlov ailənin yeganə oğul övladı olub.

Onu da bildirək ki, şəhidin anası Südabə Qazıyeva Zaqatalanın Aşağı Tala kəndindəki 3 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. O, üç il əvvəl keçirilən sertifikatlaşdırma imtahanında rekord nəticə göstərib. Südabə Qazıyeva 67 dəqiqə ərzində mümkün 60 baldan 59 bal toplayıb.

Mənbə: Qafqazinfo.аz

Son xəbərlər

Faydalı
Bu gün, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
Bu gün, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
Bu gün, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
Bu gün, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

İqtisadiyyat
Bu gün, 13:40

Dağ və sərhəd kəndləri üçün xüsusi kommunal güzəştlər təklif edildi

Cəmiyyət
Bu gün, 13:00

Ünvanlar fərqli, şikayətlər eyni: Xaçmazda yolların dərdi bitmir

Cəmiyyət
Bu gün, 12:00

Rəşad Mustafayev Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək

Hadisə
Bu gün, 11:00

Şamaxıda 50 yaşlı qadın su çənində boğulub

Bütün xəbərlər
Bu gün, 10:15

Bakı-Quba və Bakı-Şamaxı yolları birbaşa birləşəcək

Cəmiyyət
Bu gün, 09:15

Şamaxılı Vətən müharibəsi şəhidinin doğum günüdür

Cəmiyyət
Dünən, 17:57

Zaqatalada "Əfsanəvi Rembo"nun büstü ucaldılıb

Cəmiyyət
Dünən, 17:28

Zərdabidə şəhidlərin simaları işıqlandırılacaq - VİDEO

İqtisadiyyat
Dünən, 16:22

Qəbələdə Qaraçay "qara günə" qalıb – VİDEO

Hadisə
Dünən, 15:12

Quba sakini  dəm qazından boğularaq ölüb

İqtisadiyyat
Dünən, 14:06

Balın qiyməti "oynadı" – Şimal bölgəsində bazar göstəriciləri

Cəmiyyət
Dünən, 12:43

Quba-Xınalıq yolu buz bağlayıb

Cəmiyyət
Dünən, 12:12

Şəkiyə 33 santimetr qar yağıb – FAKTİKİ HAVA

İdman
Dünən, 12:02

Qusarlı idmançı Avrasiya çempionu olub - VİDEO

Hadisə
Dünən, 11:33

Qubadakı qəzada ölən və yaralananların kimliyi məlum olub – YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 11:09

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Hadisə
Dünən, 10:41

Xınalıq məktəbinin müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 10:30

Şabranın icra başçısı məhkəmədə qalib gəldi - 15 tonluq arpa qalmaqalı

Kriminal
Dünən, 09:42

Qaxda kişi fındıq üstə arvadını döyüb

Oxşar xəbərlər