Sürücülər üçün Bakıya daxil olmadan digər magistrala keçid imkanı yaradılacaq.
Shimal.News xəbər verir ki, Abşeronda inşa olunan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu M1 Bakı-Quba və M4 Bakı-Şamaxı-Yevlax magistrallarını birləşdirəcək.
AAYDA-nın məlumatına görə, 28,95 kilometr uzunluğunda olacaq yol sürücülərə Bakı şəhərinə daxil olmadan bir magistraldan digərinə keçmək imkanı verəcək.
Layihə çərçivəsində 6 hərəkət zolağı, 7 yol qovşağı, 11 yol körpüsü, 1 kanal körpüsü və 2 tunelin inşası nəzərdə tutulub.
AAYDA proqnozlaşdırır ki, yol istifadəyə verildikdən sonra 20 Yanvar ərazisindən Bakıya daxil olan avtomobillərin sayı 20-30 faiz azala bilər.
Qeyd edək ki, layihə 2025-2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.