top
Ünvanlar fərqli, şikayətlər eyni: Xaçmazda yolların dərdi bitmir
Video
Bu gün, 13:00
- ↺ +

Ünvanlar fərqli, şikayətlər eyni: Xaçmazda yolların dərdi bitmir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunun müxtəlif ərazilərində yolların asfalt örtüyünün olmaması və mövcud örtüyün yararsız vəziyyətdə olması sakinlərin gündəlik həyatını çətinləşdirir. Bir neçə dəqiqəlik yağışdan sonra gölməçələrə, palçığa və çala-çuxura çevrilən yollarla bağlı sakinlər aidiyyəti qurumların diqqətini gözləyirlər.

Shimal.News-a müraciət edən sakinlər Xaçmaz şəhərinin Günəşli prospektində, Hacıqurbanoba və İlxıçı kəndlərində, eləcə də Xudat şəhərinin Heydər Əliyev küçəsində yol infrastrukturunun bərbad vəziyyətdə olduğunu bildiriblər.

Xaçmaz şəhəri Günəşli prospektinin sakinləri qeyd edirlər ki, ərazidə gediş-gəlişin intensiv olmasına baxmayaraq, yol uzun illərdir asfaltlanmır. Onların sözlərinə görə, yolun təmir ediləcəyi dəfələrlə bildirilsə də, indiyədək bu istiqamətdə konkret iş görülməyib. Problemin həlli üçün sakinlər öz aralarında pul toplayaraq yola daş tökdürüblər. Lakin bu addım da vəziyyəti köklü şəkildə dəyişməyib. Yağış yağan kimi yol yenidən əvvəlki vəziyyətinə qayıdır, ərazidə gölməçələr yaranır.

Hacıqurbanoba kəndinin sakinləri də oxşar problemlə üzləşdiklərini deyirlər. Bildirilib ki, kənddaxili yollar daş-çınqıl örtüklüdür. Yağışlı havalarda yollar palçığa çevrilir, bu da sakinlərin gediş-gəlişini çətinləşdirir. Onlar kənd yollarının asfaltlanmasını istəyirlər.

Xudat şəhəri Heydər Əliyev küçəsində yaşayan sakinlərin şikayəti isə məhəllədaxili yolların vəziyyəti ilə bağlıdır. Onların sözlərinə görə, asfalt örtüyü olmayan küçədə yağışlı havalarda hərəkət etmək çətinləşir. Bu vəziyyət xüsusilə məktəbə gedən uşaqlar üçün problem yaradır. 

İlxıçı kəndinin sakinləri isə yolun vəziyyətinin hətta qısa müddətli yağışdan sonra da yararsız hala düşdüyünü bildirirlər. Onların sözlərinə görə, cəmi 10 dəqiqə yağan yağışdan sonra ərazidə gölməçələr yaranır, çala-çuxurlar su ilə dolur. Sakinlər uzun müddətdir bu problemlə üzləşdiklərini, lakin indiyədək aidiyyəti qurumların vəziyyətin yaxşılaşdırılması üçün tədbir görmədiyini iddia edirlər.

Sakinlər yolların müvəqqəti deyil, əsaslı şəkildə təmir olunmasını, xüsusilə asfalt örtüyü olmayan küçə və kənd yollarının abadlaşdırılmasını istəyirlər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:00

Rəşad Mustafayev Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək

Hadisə
Bu gün, 11:00

Şamaxıda 50 yaşlı qadın su çənində boğulub

Bütün xəbərlər
Bu gün, 10:15

Bakı-Quba və Bakı-Şamaxı yolları birbaşa birləşəcək

Cəmiyyət
Bu gün, 09:15

Şamaxılı Vətən müharibəsi şəhidinin doğum günüdür

Cəmiyyət
Dünən, 17:57

Zaqatalada "Əfsanəvi Rembo"nun büstü ucaldılıb

Cəmiyyət
Dünən, 17:28

Zərdabidə şəhidlərin simaları işıqlandırılacaq - VİDEO

İqtisadiyyat
Dünən, 16:22

Qəbələdə Qaraçay "qara günə" qalıb – VİDEO

Hadisə
Dünən, 15:12

Quba sakini  dəm qazından boğularaq ölüb

İqtisadiyyat
Dünən, 14:06

Balın qiyməti "oynadı" – Şimal bölgəsində bazar göstəriciləri

Cəmiyyət
Dünən, 12:43

Quba-Xınalıq yolu buz bağlayıb

Cəmiyyət
Dünən, 12:12

Şəkiyə 33 santimetr qar yağıb – FAKTİKİ HAVA

İdman
Dünən, 12:02

Qusarlı idmançı Avrasiya çempionu olub - VİDEO

Hadisə
Dünən, 11:33

Qubadakı qəzada ölən və yaralananların kimliyi məlum olub – YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 11:09

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Hadisə
Dünən, 10:41

Xınalıq məktəbinin müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 10:30

Şabranın icra başçısı məhkəmədə qalib gəldi - 15 tonluq arpa qalmaqalı

Kriminal
Dünən, 09:42

Qaxda kişi fındıq üstə arvadını döyüb

İdman
09 noyabr 2026, 17:00

Şimalın 6 futbolçusu milliyə dəvət aldı

Hadisə
09 noyabr 2026, 16:00

Qubada qadının dələduzluq işi amnistiya ilə bitdi

Hadisə
09 noyabr 2026, 15:00

Qar səbəbindən Xınalıq yolu bağlanıb

Cəmiyyət
09 noyabr 2026, 14:00

Qusar məktəblisinin uğur kolleksiyası: 43 diplom, 7 medal

İdman
09 noyabr 2026, 13:00

"Şamaxı" 200-cü heç-heçəsinə imza atıb

Hadisə
09 noyabr 2026, 12:10

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Oxşar xəbərlər