Xaçmaz rayonun Nərəcan kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, qəza təxminən gecə saat 02:00-da baş verib.
İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı bir neçə ağacı və 3 işıq dirəyini aşıraraq yoldan çıxıb. Maşın təxminən 130-140 metr məsafədə yolun kənarı ilə hərəkət etdikdən sonra dayanıb.
Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.