Zaqatalada Şixamir Qaflanovun büstü öz adını daşıyan Humanitar Fənlər Gimnaziyasında ucaldılıb.
Shimal.News xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər.
Çıxışlarda mayorun döyüş yolu və qəhrəmanlığından bəhs olunub. Bildirilib ki, büst gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edəcək.
Qeyd edək ki, 1983-cü ildə Zaqatalanın Üçüncü Tala kəndində anadan olan Şixamir Qaflanov Daxili Qoşunların "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. İkinci Qarabağ müharibəsində Cəbrayıl, Hadrut və Füzuli istiqamətlərində döyüşüb. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbi ilə tanınıb.
Mayor 2020-ci il oktyabrın 19-da Füzuli istiqamətində şəhid olub. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.![]()
![]()