top
Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib
Bu gün, 17:10
- ↺ +

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Eyni zamanda, müxtəlif hadisələr nəticəsində təsərrüfatlara ödənilən sığorta ödənişlərinin məbləği də artır.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Aqrar Sığorta Fondu (ASF) tərəfindən cari ilin yanvar-sentyabr aylarında ölkənin 38 rayon və şəhərindəki təsərrüfatlara ümumilikdə 1 milyon 872 min manat aqrar sığorta ödənişi həyata keçirilib. 254 baş mal-qaranın tələf olması səbəbindən təsərrüfatlara heyvandarlıq sığortası üzrə 1 milyon 362 min 177 manat sığorta ödənişi edilib.

Eyni zamanda, müxtəlif bitkilərin əkildiyi 764 hektar əkin sahəsinə zərər dəyməsi səbəbindən fermer və təsərrüfatlara bitkiçilik sığortası üzrə 510 min 153 manat sığorta ödənişi edilib.

Cari ilin 9 ayın nəticələri göstərir ki, heyvandarlıq sahəsində sığorta hadisələri yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, ilan sancması və vəhşi heyvanların hücumu nəticəsində baş verib. Zərərlərin böyük hissəsi yoluxucu xəstəliklər və zəhərlənmələrlə əlaqədardır.

Əkin sahələrinə isə dolu, sel-subasma, qasırğa, fırtına, leysan, şaxtavurma, üçüncü şəxslərin hərəkətləri, yanğın və vəhşi heyvanların hücumu nəticəsində zərər dəyib. Əkin sahələrinə ən çox zərər vuran hadisələr dolu və sel-subasma hadisələri olub. Bu dövrdə ən çox sığorta ödənişi edilən rayonlar Ağdaş, Goranboy, Ağsu, Kürdəmir və Saatlı olub. Ağdaş rayonunda 481 min manat, Goranboyda 205 min manat, Ağsu rayonunda 181 min manat, Kürdəmirdə 119 min manat, Saatlıda isə 110 min manat sığorta ödənişi həyata keçirilib.

Bitkiçilik sığortası üzrə 27 rayonda, heyvandarlıq sığortası üzrə isə 21 rayon və şəhərdə ödəniş edilib. Bitkiçilik üzrə ən böyük sığorta ödənişləri Biləsuvar, Ağdam, Ağcabədi, Tovuz və Kürdəmir rayonlarında, heyvandarlıq üzrə ən böyük sığorta ödənişləri Ağdaş, Goranboy, Ağsu, İsmayıllı, Kürdəmir və Saatlı rayonlarında həyata keçirilib.

ASF fermerləri və təsərrüfat sahiblərini payızlıq əkinlər dövründə əkin sahələrini, tarla bitkilərini və meyvə bağlarını, həmçinin heyvandarlıq təsərrüfatlarını dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.

Qeyd edək ki, ASF-in göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Fondun rəsmi internet səhifəsi (www.asf.gov.az) vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
Bu gün, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
Bu gün, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
Bu gün, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
Bu gün, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
Bu gün, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
Bu gün, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

İqtisadiyyat
Bu gün, 13:40

Dağ və sərhəd kəndləri üçün xüsusi kommunal güzəştlər təklif edildi

Cəmiyyət
Bu gün, 13:00

Ünvanlar fərqli, şikayətlər eyni: Xaçmazda yolların dərdi bitmir

Cəmiyyət
Bu gün, 12:00

Rəşad Mustafayev Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək

Hadisə
Bu gün, 11:00

Şamaxıda 50 yaşlı qadın su çənində boğulub

Bütün xəbərlər
Bu gün, 10:15

Bakı-Quba və Bakı-Şamaxı yolları birbaşa birləşəcək

Cəmiyyət
Bu gün, 09:15

Şamaxılı Vətən müharibəsi şəhidinin doğum günüdür

Cəmiyyət
Dünən, 17:57

Zaqatalada "Əfsanəvi Rembo"nun büstü ucaldılıb

Cəmiyyət
Dünən, 17:28

Zərdabidə şəhidlərin simaları işıqlandırılacaq - VİDEO

İqtisadiyyat
Dünən, 16:22

Qəbələdə Qaraçay "qara günə" qalıb – VİDEO

Hadisə
Dünən, 15:12

Quba sakini  dəm qazından boğularaq ölüb

İqtisadiyyat
Dünən, 14:06

Balın qiyməti "oynadı" – Şimal bölgəsində bazar göstəriciləri

Cəmiyyət
Dünən, 12:43

Quba-Xınalıq yolu buz bağlayıb

Cəmiyyət
Dünən, 12:12

Şəkiyə 33 santimetr qar yağıb – FAKTİKİ HAVA

İdman
Dünən, 12:02

Qusarlı idmançı Avrasiya çempionu olub - VİDEO

Hadisə
Dünən, 11:33

Qubadakı qəzada ölən və yaralananların kimliyi məlum olub – YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 11:09

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Oxşar xəbərlər