Quba rayonunun Zərdabi qəsəbəsində şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində yeni addım atılıb.
Shimal.News xəbər verir ki, qəsəbə icra nümayəndəliyinin əhatə etdiyi yaşayış məntəqələrində şəhid lövhələri və şəhid məzarları üçün gecə işıqlandırma sistemi quraşdırılıb.
Bu barədə Zərdabi qəsəbə icra nümayəndəliyindən məlumat verilib. Qurum şəhidlərin xatirəsinin daim ehtiramla yad edildiyi və onların əziz xatirəsinin qəlblərdə yaşadığı vurğulayıb.