Xəbər verdiyimiz kimi, Balakən rayonunun Katex kəndində sel 43 yaşlı kişini aparıb.
Shimal.News-un məlumatına görə, 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayevin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, o, Katex çayında sel sularının gətirdiyi odun parçalarını toplamaq istəyərkən çaya düşmüşdü.