top
500 manatlıq oğurluqdan sonra toyuq əməliyyatı: Şabranda maraqlı hadisə
20 sentyabr 2026, 16:16
- ↺ +

500 manatlıq oğurluqdan sonra toyuq "əməliyyatı": Şabranda maraqlı hadisə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabranda narkotik istifadəçisi olan şəxs toyuq və pul oğurluğuna əl atıb.

Shimal.news-un məlumatına görə, hadisə şəhərin Xətai küçəsində qeydə alınıb. 

Belə ki, 1996-ci il təvəllüdlü Elşad Hüseynov (ad şərti) gecə saatlarında məftil hasardan tullanaraq ərazidəki evlərdən birinin həyətinə daxil olub. Daha sonra özü ilə gətirdiyi vintaçan vasitəsilə evin pəncərəsini açaraq içəri keçib. O, yataq otağındakı dolabdan 500 manat nağd pul götürüb.

Bundan sonra təqsirləndirilən şəxs evin həyətindəki toyuqları da oğurlamaq qərarına gəlib. O, beş toyuğu tutaraq kisəyə yığıb və yaxınlıqdakı yarımtikiliyə apararaq gizlədib. İstintaq materiallarında ümumilikdə altı toyuğun oğurlandığı, onların ümumi dəyərinin 72 manat olduğu göstərilib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, oğurladığı toyuqları ertəsi gün taksi ilə gizlətdiyi yerdən götürərək Şabran şəhər Mərkəzi bazarına aparıb və Babək adlı alverçiyə 42 manata satıb.

Elşad Hüseynov məhkəmədə əməlini etiraf edib və törətdiyi cinayətə görə peşman olduğunu bildirib. O, narkotik vasitələrdən təxminən iki ildir istifadə etdiyini və maddi ehtiyac səbəbindən oğurluqlar etdiyini deyib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını, dəymiş maddi ziyan tam şəkildə ödənildiyini bildirib.

Şabran Rayon Məhkəməsi Elşad Hüseynovu təqsirli bilərək, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Əsmər Sənani

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər