top
Xaçmazın Çiləgir kəndi: burada X-XIII əsrlərə aid olan dəfinə tapılmışdır
18 yanvar 2024, 19:45
- ↺ +

Xaçmazın Çiləgir kəndi: burada X-XIII əsrlərə aid olan dəfinə tapılmışdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çiləgir kəndi Xaçmaz rayonunda, Məzarçayın sol sahilində, Samur-Dəvəçi ovalığında yerləşir. Tədqiqatçıların ehtimalına görə, kəndin adı XVI əsrdə Anadoluda (Türkiyə) yaranmış Boz Ulus tayfa ittifaqına daxil olan çilaxir tayfasının adı ilə bağlıdır.

1980-ci illərdə Xaçmaz rayonunun Çiləgir kəndində mis pul dəfinəsi tapılıb. Həmin dəfinədə X-XIII əsrlərə aid olan sikkələr var idi. Onların üzərindəki yazılar bunlar idi: “Şirvanşah Fəribuzz ben Salar”, “Şirvanşah əbu Nasir Yəzid Əhməd ibn Mühəmməd”, “Şirvanşah Salar ibn Yəzid” (1049-1063), “Atabəylər”. Bundan əlavə, dəfinədə üzərində “Monqol Abaqa xan tərəfindən zərb olunmuş pul” yazısı ilə monqol dövrünə aid çəkisi 5 qram, diametri 18-20 mm olan sikkələr var idi.

“Qafqaz təqvimi”nin 1914-cü il siyahıyaalınmasına görə, Çiləgir kəndində 80 nəfər yaşayıb. 2009-cu ilin rəsmi məlumatına əsasən, kəndin əhalisi 1241 nəfər təşkil edib.

Eyniadlı kənd Qusar rayonunda da yerləşir. Quba rayonu ərazisindəki Cağacıq çayı ilə Qaraçayın suayırıcısında yerləşən dağ və həmin çayın bir qolu da Çiləgir adlanır.

İstinad edilən mənbələr:


  • Azərbaycan Respublikası əhalisinin siyahıya alınması 2009-cu il. Bakı-2010.

  • Кавказский календарь на 1915 год. Тифлис-1914.

  • Qələmşah İdrisov. Xaçmaz toponimləri. Bakı-2011.

  • Nizami Xudiyev. Xaçmaz: görüşlər, düşüncələr. Bakı-2014.

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:48

Qubanın bu kəndində subartezian quyusu işlək vəziyyətə gətirildi

Cəmiyyət
Bu gün, 15:48

Şəki və Qaxın qazlaşdırılmayan kəndləri Milli Məclisdə müzakirə olunub

İdman
Bu gün, 15:36

"Şahdağ Qusar" meydanda gözləyir, "Mingəçevir" oyuna çıxmayıb

Cəmiyyət
Bu gün, 14:58

Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə işləyəcək

Cəmiyyət
Bu gün, 14:35

Energetika naziri Şimalda 7 rayonun sakinlərini qəbul edəcək

Cəmiyyət
Bu gün, 13:46

Qusarda bu küçə asfaltlandı

Hadisə
Bu gün, 13:05

"Şəki Yaylası"nın fəaliyyəti dayandırılıb: "İlin sonunda açıla bilər"

Cəmiyyət
Bu gün, 12:20

Həbsdə olan sabiq icra başçısının qızı yenidən hakim təyin edilib

Hadisə
Bu gün, 11:30

Şabranda ət satışı məntəqəsinin fəaliyyəti dayandırıldı

Hadisə
Bu gün, 10:56

İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb

Cəmiyyət
Bu gün, 10:29

Xaçmazda köhnə piyada körpüsünün bağlanması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Cəmiyyət
Bu gün, 09:29

Xaçmaz Zəfər Gününə hazırlaşır

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 39-cu günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:00

Qaxa yeni zibil maşınları və tullantı konteynerləri gətirildi

Faydalı
Dünən, 17:17

Qubada bu xəstəxanaların adı dəyişdirildi

İqtisadiyyat
Dünən, 16:31

Avtobus marşrutlarının qalibləri - ADLAR

Hadisə
Dünən, 16:23

Şəkidə qəza – İki avtomobilə ciddi ziyan dəyib - VİDEO

Cəmiyyət
Dünən, 15:45

Çala-çuxur və kollar: Qusarda sakinlərin yol problemi

İqtisadiyyat
Dünən, 14:29

Əcnəbi aqronom və baytar həkimlər üçün güzəşt olunacaq

Cəmiyyət
Dünən, 14:26

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Dünən, 14:13

Hərbi qulluqçular məsuliyyətə cəlb oluna bilər

Cəmiyyət
Dünən, 13:45

Qaz xəttinin üzərində obyekt tikmək istəyirlər? - lövhəni kəsib apardılar

Hadisə
Dünən, 12:53

Qaxda 7 nəfər göbələkdən zəhərlənib

Hadisə
Dünən, 12:05

Oğuzda meşədə yanmış meyiti tapılan şəxs direktor müavini imiş - YENİLƏNİB

Oxşar xəbərlər