Pərviz Şahbazov noyabrın 20-də Oğuz, Qax, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı rayonlarından və Şəki şəhərindən olan vətəndaşlarla görüşəcək.
Shimal.News xəbər verir ki, qəbul saat 11:00-da Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Energetika Nazirliyinin "974" Çağrı Mərkəzinə, 598-16-55 nömrəli qaynar xəttə, eləcə də 598-16-53 və 598-16-54 telefonlarına (daxili nömrələr: 1146, 1145, 1245) müraciət edə bilərlər.
Müraciətlər elektron poçt ünvanı və nazirliyin rəsmi saytındakı "Qəbula yazılmaq" bölməsi vasitəsilə də qəbul olunur.
Vətəndaşlar, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialına müraciət edə bilərlər. Əlaqələndirici şəxs Asim Məmmədovdur: (050) 378-28-46.