Qusar şəhərində yerləşən kafedə fiziki zorakılıq hadisəsi baş verib. Bu barədə ShimalNews 10 iyun tarixində “Qafqazinfo”ya istinadən məlumat verir.
Obyektin Vətən müharibəsi qazisi olan icarədarı 33 yaşlı Ruslan Kübərov xuliqanlıq zəminində döyülüb. Hadisəni törədən şəhər sakinləri Samir Qaçayev və Teyfur Xankişiyev polis tərəfindən saxlanılıblar.
Məlum olub ki, qazi Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriləndən sonra da həmin şəxslərin mübahisəsi orada davam edib.
Ruslan Kübarov Vətən müharibəsindən sonra “Cəbrayıl”ın, “Füzuli”nın, “Kəlbəcər”in, “Şuşa”ın azad edilməsinə görə medalları, həmçinin “Hərbi Xidmətdə Şücaətə” görə medalı ilə təltif edilib.