Quba rayonu Alekseyevka kənd orta məktəbinə direktor təyin edilib. Bu haqda ShimalNews 6 mart tarixində məlumat verir.
Bu vəzifəni uzun illərdir ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Sevil Allahverdiyeva icra edəcək. O, 2021-ci ildə Beynəlxalq Müəllimlər Günündə Quba Rayon Təhsil Şöbəsi tərəfindən pedaqoji fəaliyyətinə və təhsilin inkişafında fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.