Qax şəhərində satıcısı olmayan un məmulatları köşkü fəaliyyətə başlayıb.
Shimal.News xəbər verir ki, köşk şəhərin İçəri bazar küçəsində yerləşir. Burada müştərilər məhsulları özləri seçir, ödənişi isə nağd şəkildə və ya POS-terminal vasitəsilə bank kartı ilə edə bilirlər.
Köşkdə yerləşdirilən məlumat lövhəsində müştərilər üçün istifadə qaydaları da qeyd olunub. Bildirilib ki, məhsulların qiymətləri onların aşağı hissəsində yerləşdirilib və alıcılar ödənişi kassaya qoymaqla və ya POS-terminaldan istifadə etməklə həyata keçirə bilərlər.
Qeyd olunub ki, müştərilər köşkə daxil olarkən təmizliyə riayət etməli, məhsulların yerini dəyişməməli və çıxarkən qapını açarla bağlamalıdırlar.