Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində yeni təmayül tədris modeli tətbiq olunan məktəblərdə ikinci iş yeri üzrə fəaliyyət göstərmək istəyən fənn müəllimlərinin qəbulu elan edilib.
Shimal.News xəbər verir ki, qəbul Qusar, Şabran, Xaçmazın Xudat şəhəri və Quba üzrə dörd təhsil müəssisəsində aparılacaq.
Vakansiyalar aşağıdakı fənlər üzrədir:
- Qusar şəhər 3 nömrəli məktəb: ingilis dili;
- Şabran şəhər 4 nömrəli məktəb: rus dili;
- Xudat şəhər 4 nömrəli məktəb-lisey: rus dili, ingilis dili və kimya;
- Quba şəhər 5 nömrəli məktəb: fiziki tərbiyə.
Müsahibədə iştirak etmək istəyən namizədlər ali təhsilli olmalı, MİQ imtahanından ən azı 85, sertifikatlaşdırma imtahanından isə ən azı 51 bal toplamalıdırlar. Həmçinin repetitorluq təcrübəsi, peşəkar yanaşma, ünsiyyət və sinfin idarə olunması bacarıqları tələb olunur.
Qeydiyyat 27 oktyabrdan 30 oktyabr 2026-cı il saat 17:00-dək davam edəcək.
Müraciət etmək istəyənlər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.