top
Şəkidə iki şəhid ailəsi ziyarət edilib
Foto
Bu gün, 11:11
- ↺ +

Şəkidə iki şəhid ailəsi ziyarət edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən şəhid ailələrinin ziyarətləri davam edir. Bu çərçivədə Xidmətin Şəki-Zaqatala regional şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidləri İbrahim Nakam oğlu Məmmədovun və Eltun Zaur oğlu Kərimovun ailələrini ziyarət ediblər.

Xidmətdən verilən məlumata görə, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan İbrahim Məmmədov Vətən müharibəsi zamanı Cəbrayıl, Hadrut, Füzuli və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzəni məhz İbrahim Məmmədov edib. O, Laçın istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Şəhid Eltun Kərimov Vətən müharibəsində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb. Dövlətimizin başçısının sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ziyarət zamanı şəhidlərin şərəfli döyüş yolundan bəhs edilib, onların xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:43

Dövlət qurumları noyabrda Şimal rayonlarında qəbullar keçirəcək

Cəmiyyət
Bu gün, 10:39

Xaçmazın sonuncu təbii bulağı təhlükədədir – VİDEO

Hadisə
Bu gün, 09:30

Zaqatalada itkin düşən kişinin ailəsi çarəsizdir: "Atamızdan nə bir iz var, nə də xəbər"

Hadisə
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Qusarlı veteran cüdoçu: "12-ci dəfə Avropanın ən güclüsü olduğum üçün qürurluyam"

Cəmiyyət
Dünən, 17:54

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Cəmiyyət
Dünən, 17:11

Muğanlı–İsmayıllı yolundakı körpüdə tikinti davam edir

Cəmiyyət
Dünən, 16:26

Şamaxıda qadın özgənin həyətində naməlum əşya basdırmağa çalışıb - İDDİA

Hadisə
Dünən, 16:15

Balakəndə 15 il YAP-a rəhbərlik edən Azad Balayevin həbs olunduğu bildirilir – 10 gün əvvəl vəzifədən getmişdi

Hadisə
Dünən, 15:28

Quba-Bakı yolunda qoyunları daşıyan yük maşını aşıb

İqtisadiyyat
Dünən, 15:03

Balakəndə qarğıdalı əkini artıb: Fermerlərin gəliri azalıb

Cəmiyyət
Dünən, 13:41

Şabranlı qadın 7 aydır çarəsizdir: qurumlar nə deyir?

Cəmiyyət
Dünən, 12:57

İsmayıllıda adsız küçələr sakinlərə çətinlik yaradır

İdman
Dünən, 12:14

Qusarın şəhər stadionu su ilə təmin olunacaq - VİDEO

Cəmiyyət
Dünən, 11:30

Qubada 44 ölkədən gənclərin iştirakı ilə beynəlxalq forum keçirilir

Cəmiyyət
Dünən, 11:00

Qubanın kəndində işığa həsrət qalan yol

Hadisə
Dünən, 10:22

Siyəzəndə evdən meyit tapılıb

Cəmiyyət
Dünən, 09:59

Qəbələdə yerin altından saray tapıldı

Cəmiyyət
Dünən, 09:07

Şəkidə "Halva, halva deməklə…" adlı intellektual yarış keçirilib

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 30-cu günü – XRONİKA

Cəmiyyət
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Cəmiyyət
25 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 29-ci günü – XRONİKA

Oxşar xəbərlər