Qubada market müştəriləri dörd gündür alış-veriş çekləri vasitəsilə ƏDV-ni geri qaytarmaq imkanının olmadığını bildirirlər.
Shimal.News xəbər verir ki, sakinlərin sözlərinə görə, problem barədə "Hiper Store" tərəfindən əvvəlcədən məlumat verilmir. Müştərilər bunu yalnız kassada ödəniş etdikdən sonra öyrənirlər.
Məsələ ilə bağlı müvafiq quruma sorğu ünvanlanıb.