top
Elza Seyidcahan: “Mən və mənim kimilər Üzeyir Hacıbəyovun layiqli davamçılarıyıq”
18 sentyabr 2024, 11:30
- ↺ +

Elza Seyidcahan: “Mən və mənim kimilər Üzeyir Hacıbəyovun layiqli davamçılarıyıq”

Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. Məhz bu səbəbdən 1995-ci ildən başlayaraq onun doğum günü, yəni 18 sentyabr tarixi respublikamızda Milli Musiqi günü kimi qeyd edilir. Əlamətdar günlə bağlı Shimal.News bəstəkar-müğənni Elza Seyidcahanın musiqi ilə bağlı fikirlərini öyrənib.

Müsahibəni sizə təqdim edirik:

- 18 sentyabr Milli Musiqi Günüdür. İlk olaraq bu günlə bağlı fikirlərinizi bilmək istərdik.

- Bəli, bu gün Milli Musiqi Günümüzdür. Bütün xalqımızı ürəkdən təbrik edirəm. Bu bayram Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədardır. O, Azərbaycanın Milli musiqisinə, dramaturgiyasına dərin töhvələr və xəzinələr bəxş edib. Biz çox xoşbəxt xalqıq ki, bizim Üzeyir Hacıbəyov kimi dahimiz var.

- Üzeyir bəyin bütün əsərləri əvəzedilməzdir. Bu əsərlər arasında hansı sizin üçün xüsusidir və ondan daha çox ilhamlanırsınız?

- Mən Üzeyir Hacıbəyovun bütün əsərlərini sevirəm. Onları bir-birindən ayırmaq mümkün deyil.

- Sizcə, yaxşı bəstəkar hansı xüsusiyyətlərə malik olmalıdır?

- Mənə görə, yaxşı bəstəkar ilk olaraq istedadlı olmalıdır. Sonra fəlsəfə, düşüncə, müdriklik kimi xüsusiyyətləri daşımalıdır. Eyni zamanda gözəl müəllim və öz sahəsində nümunə olmalıdır. Mən Azərbaycanın dahi bəstəkarı Arif Məlikovun tələbəsi olmuşam. Bütün bu müsbət keyfiyyətləri onda görmüşəm.

- Ən yaxşı bəstəkarlardan kimlərin adlarını çəkə bilərsiniz?

- Üzeyir Hacıbəyovun davamçıları Şəfiqə Axundova, Dmitri Şestakoviçin tələbəsi Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Arif Məlikov, Vasif Adıgözəlov, Tofiq Quliyev, Oqtay Zülfiqarov, Azər Rzayev və Nizayinin adını çəkə bilərəm.

-Ölkəmizdə Milli Musiqi gününün keçirilməsi sizi qane edirmi, bu günün necə qeyd edilməsini istəyərdiniz?

- Bir aya yaxındır ki,  Üzeyir Hacıbəyovun adı altında Milli musiqiyə aid konsert proqramları keçirilir, gənc bəstəkarların və həvəskarların əsərləri səsləndirilir. Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə başda olmaqla tez-tez musiqi konfransları keçirilir.

- Musiqi hansı gücə malikdir? Xalqımızın dirçəlməsinə, mədəniyyətimizin inkişafına milli musiqinin təsiri necədir?

- Siyasətin deyə bilmədiyi sözü incəsənət çox asanlıqla deyir. Musiqinin xalqımızın dirçəlməsində böyük rolu var. Təqiblər, ölüm fərmanları, repressiyanın hökm sürdüyü dövrdə Üzeyir bəy bizim Milli musiqimizi təbliğ edərək öz sözünü deməyə bacardı.  Hətta xalqımız deportasiya təhlükəsi ilə üz-üzə olanda Stalin “bu cür bəstəkarı olan milləti didərgin salmaq olmaz” deyib.

- Bu gün Milli musiqiyə maraq hansı səviyyədədir? Sizcə, kifayət qədər savadlı musiqiçilər var?

- Televiziyaya nisbətən,  bizim Milli musiqi radio dalğalarında daha çox təbliğ edilir. Təəsüf hissi ilə qeyd etmək istəyirəm ki, savadlı musiqiçilərimiz kənarda qalırlar. Qeyri-peşəkar musiqiçilər televiziya efirlərinə, müxtəlif verilişlərə ayaq açıblar.

Arzu edirəm ki, tez bir zamanda musiqiyə nəzarət olsun. Necə ki, restoranlar da qida nəzarəti var bu sahəyə də diqqət ayrılmalı, nəzarət edilməlidir.  Çünki qeyri-peşəkarlar restoranlarda da musiqi zövqümüzü korlayırlar. Bu gün restoranda ailəsi ilə istirahət edən, hansısa tədbiri qeyd edən insanlar qeyri-peşəkar musiqi dinləyir, daha doğrusu seçimi olmadığı üçün buna məcbur olur. Eyni zamanda bayağı mahnılar da restoran səhnələrində təbliğ olunur.

Bir dəfə, iki dəfə, üç dəfə, dörd dəfə bu mahnı əsəbləşdirir, sonra isə insanlar buna vərdiş edir. Manqurtlaşma gedir, sonra da deyirlər ki, kütlə bayağı musiqi istəyir. Azərbaycan xalqına zövqsüz kütlə adı verilir. Bu, faciədir.

- Musiqini anlamayanların bu sahəyə gəlməsini necə dəyərləndirirsiniz? Doğrudandamı bura qazanc yeri kimi baxmaq lazımdır?

- Dahi bəstəkar Qara Qarayev deyib: “tənqidçiləri mən qızıl axtaranlara oxşadıram. Tənqidçi sübut etməli dərəcədə izah etməyi bacarmalıdır”.

Ona görə də tənqid əladır və lazımlıdır. Çox təəssüflər olsun ki, bu gün bilənlər də bilməyənlər də tənqid etdiklərini fikirlərşirlər, amma bu, əslində təhqirdir.

- Elza Seyidcahanı Üzeyr bəyin davamçısı hesab eləmək olarmı?

- Mən yenə də deyirəm ki, mən və mənim kimilər Üzeyir Hacıbəyovun layiqli davamçılarıyıq. Biz musiqini qoruyuruq.

Son xəbərlər

Cəmiyyət
Dünən, 00:11

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin başlamasından 6 il ötür

Hadisə
26 sentyabr 2026, 17:31

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın qardaşı sevgilsini qarət məqsədilə öldürübmüş

Cəmiyyət
26 sentyabr 2026, 16:53

Şimalda sabahın hava proqnozu

Cəmiyyət
26 sentyabr 2026, 15:52

Şimalda "başı bəlalı" magistral yol

Cəmiyyət
26 sentyabr 2026, 14:53

Xudatda uşaq bağçasının qarşısında antisanitariya

Cəmiyyət
26 sentyabr 2026, 14:08

Qubalı Fatmanın unudulmayan sənət yolu

Cəmiyyət
26 sentyabr 2026, 12:30

Qubada yaşıllıqlara ziyan vurulub

Cəmiyyət
26 sentyabr 2026, 11:45

Qubada sentyabrda avtomobil yollarında torpaq sürüşmələrinin siyahısı

Cəmiyyət
26 sentyabr 2026, 10:48

Balakəndə qədim alban məbədləri: 4 hektarlıq kompleksin 7 tikilisi də aşkarlanıb

Cəmiyyət
26 sentyabr 2026, 09:55

Qubanın tarixini yaşadan abidələr: Qırmızı qəsəbənin sinaqoqu, Ərdəbil məscidi və qədim kilsə

Cəmiyyət
26 sentyabr 2026, 00:35

Prezidentdən döyüş bayrağı alan qusarlı polkovnikə VƏZİFƏ VERİLİB

Cəmiyyət
25 sentyabr 2026, 22:57

Qaxda qəzaların ünvanı olan kəsişməyə 4 yeni işıqfor quraşdırıldı

Hadisə
25 sentyabr 2026, 21:04

Təbiətə 226 min manata yaxın ziyan vurdular

Hadisə
25 sentyabr 2026, 19:32

Xaçmazlı kişi otaq yoldaşının kartından pul oğurladı, borcunu bağladı

Cəmiyyət
25 sentyabr 2026, 17:48

Balaca fidanlar Xudatda şəhidlərimizin xatirəsini anıb - VIDEO

Hadisə
25 sentyabr 2026, 16:43

Bakı–Quba yolunda yük avtomobili qəzaya düşüb

Cəmiyyət
25 sentyabr 2026, 16:19

Nazir Quba və Qusar sakinlərini qəbul edib

Hadisə
25 sentyabr 2026, 15:22

Magistral yolda düzülən iri daşlar qəzaya səbəb olub - VIDEO

Kriminal
25 sentyabr 2026, 14:55

Zaqatalada keçmiş məhkumda 1,5 kiloqram narkotik aşkarlanıb

Cəmiyyət
25 sentyabr 2026, 14:20

Payızda yollarda diqqətli olun – Sürücülərə və piyadalara xəbərdarlıq

Cəmiyyət
25 sentyabr 2026, 13:52

Qubada fövqəladə vəziyyətə hazırlıq təlimi keçirilib

İqtisadiyyat
25 sentyabr 2026, 13:15

Hərbçilərin maaşları orta hesabla 22,8 faiz artırılacaq

Cəmiyyət
25 sentyabr 2026, 12:30

Siyəzən–Şabran marşrutu ilə bağlı narazılıq: Sərnişinlər çarəsiz qalıb

Oxşar xəbərlər