Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Quba və Qusar rayonlarından olan sakinlərin müraciətlərini dinləyib.
Shimal.News xəbər verir ki, Qusarda keçirilən qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, reabilitasiya vasitələri ilə təminat, ünvanlı sosial yardım və digər sosial məsələlərlə bağlı müraciət ediblər.
Müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərə qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib. Bir sıra vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb olunmaları üçün qeydiyyata alınıblar.