Paytaxtda otaq yoldaşının bank hesabından 2 020 manat oğurlayan şəxsə hökm oxunub.
1998-ci ildə Xaçmaz rayonunda anadan olan A.S. Səbail rayonunda birlikdə kirayə yaşadığı otaq yoldaşının yatmasından istifadə edərək onun telefonundakı bank tətbiqinə daxil olub.
O, zərərçəkmiş şəxsin bank hesabından öz kartına 2 020 manat köçürüb.
A.S. pulun bir hissəsini nağdlaşdırıb, digər hissəsini isə AZPULMAT-a olan borcunun ödənilməsinə və şəxsi ehtiyaclarına xərcləyib.
O, daha sonra dəymiş 2 020 manat məbləğində ziyanı tam ödəyib.
Zərərçəkmiş şəxs onunla barışdığını və şikayətinin olmadığını bildirib.
Məhkəmə A.S.-nin əvvəllər məhkum olunmamasını, əməlini etiraf etməsini və dəymiş ziyanı ödəməsini nəzərə alıb.
Beləliklə, A.S. 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun əvvəl saxlanıldığı 2 gün cəza müddətinə hesablanıb və yekun cəza 1 il 8 ay 26 gün müəyyən edilib.
Mənbə: Qaynarinfo.аz