Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Hazırda dünyanın 50-dən çox ölkəsində bu bayram qeyd olunur.
1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür. Beləliklə, 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır.
Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı 19 may 1998-ci ildə “Uşaq hüquqları haqqında” qanun qəbul edilmişdir.