top
Bu gün lahıclı Əməkdar elm xadimi Soltan Mehdiyevin doğum günüdür
02 dekabr 2022, 09:00
- ↺ +

Bu gün lahıclı Əməkdar elm xadimi Soltan Mehdiyevin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kimya elmləri doktoru Soltan Cəfər oğlu Mehdiyev 2 dekabr 1914-cü ildə İsmayıllının Lahıc qəsəbəsində anadan olub.

O, Lahıcda orta məktəbini bitirdikdən sonra Bakı şəhərindəki Pedaqoji Texnikuma daxil olub.

Mehdiyev 1931-1934-cü illərdə Respublikanın müxtəlif rayonlarında kənd məktəblərində müəllim işləmişdir. Daha sonra o, 1934-1939-cu illərdə indiki Bakı Dövlət Universitetində kimya fakültəsində təhsil almışdır. Alim 1936-cı ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Neft kimyası şöbəsində laborant vəzifəsində çalışmışdır. 1939-1941-ci illərdə isə indiki Neft-Kimya Prosesləri İnstitutunda aspirant kimi çalışmışdır.

Akademik İkinci Dünya müharibəsi illərində bəzi hərbi əhəmiyyətli partlayıcı maddələrin alınması üzərində çalışmışdır. O, 1943-cü ildə Tbilisidə namizədlik dissertasiyasını, 1955-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir.

Soltan Mehdiyev 1956-1958-ci illərdə Azərbaycan Neft İnstitutunun direktoru olmuşdur. O, 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə EA-nın həqiqi üzvü seçilmişdir.

Mehdiyev 570 elmi əsərin müəllifidir. Onun əsərlərinin çox hissəsi xaricdə çap olunub. Alimin elmi rəhbərliyi altında 9 elmlər doktoru və 70-dən çox fəlsəfə doktoru yetişdirilmişdir.

Alim neft-kimya sahəsində elmi tədqiqatları təşkil etmək və elmi metodiki yardım göstərmək məqsədilə 1973-1974-cü illərdə İraqa ezam olunmuşdur. O, İraqın Bağdad şəhərində Neft sənaye tədqiqatı üzrə Beynəlxalq konqresin iştirakçısı idi.

Akademik İkinci Dünya müharibəsindən sonra “1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə” və “Qafqazın müdafiəsinə görə” medalları ilə təltif olunub. Həmçinin alim elmi fəaliyyətinə görə iki dəfə “Fədakar əməyə görə” medalı ilə, “Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur və 1979-cu ildə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Soltan Mehdiyev 12 oktyabr 1985-ci ildə Bakıda vəfat edib.

 

 

Son xəbərlər

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 39-cu günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:00

Qaxa yeni zibil maşınları və tullantı konteynerləri gətirildi

Faydalı
Dünən, 17:17

Qubada bu xəstəxanaların adı dəyişdirildi

İqtisadiyyat
Dünən, 16:31

Avtobus marşrutlarının qalibləri - ADLAR

Hadisə
Dünən, 16:23

Şəkidə qəza – İki avtomobilə ciddi ziyan dəyib - VİDEO

Cəmiyyət
Dünən, 15:45

Çala-çuxur və kollar: Qusarda sakinlərin yol problemi

İqtisadiyyat
Dünən, 14:29

Əcnəbi aqronom və baytar həkimlər üçün güzəşt olunacaq

Cəmiyyət
Dünən, 14:26

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Dünən, 14:13

Hərbi qulluqçular məsuliyyətə cəlb oluna bilər

Cəmiyyət
Dünən, 13:45

Qaz xəttinin üzərində obyekt tikmək istəyirlər? - lövhəni kəsib apardılar

Hadisə
Dünən, 12:53

Qaxda 7 nəfər göbələkdən zəhərlənib

Hadisə
Dünən, 12:05

Oğuzda meşədə yanmış meyiti tapılan şəxs direktor müavini imiş - YENİLƏNİB

Hadisə
Dünən, 11:58

Şəki gimnaziyasında 50 min manatdan çox mənimsəmə iddiası

Cəmiyyət
Dünən, 11:16

Qusarın 3 kəndi qazlaşdırılır

Hadisə
Dünən, 10:30

Şəkidəki qəzada ölən 24 yaşlı gənc bu yaxınlarda ata olubmuş - FOTO

Cəmiyyət
Dünən, 09:30

FHN-də yeni təyinat: Rövşən Nəbiyev Qəbələyə göndərildi

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Cəmiyyət
02 noyabr 2026, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
02 noyabr 2026, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
02 noyabr 2026, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
02 noyabr 2026, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
02 noyabr 2026, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
02 noyabr 2026, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
02 noyabr 2026, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Oxşar xəbərlər