top
Bu gün İsmayıllıdan olan şair Musa Yaqubun doğum günüdür
10 may 2024, 14:15
- ↺ +

Bu gün İsmayıllıdan olan şair Musa Yaqubun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müsavat Səfiməmməd oğlu Yaqubov 10 may 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. O, Musa Yaqub kimi tanınıb.

Musa Yaqub Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində və Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib.

Şair 1967-1973-cü illərdə indiki BDU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə o, Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur.

Musa Yaqub 1974-1978-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1978-2000-ci illərdə İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin baş redaktoru olub.

Məktəb vaxtı Sabir adlı sinif yoldaşı Stalinə şeir yazıbmış. Musa Yaqub sinfin əlaçısı idi və belə düşünürdü: “Əlaçıyamsa, gərək mən də şeir yazım” deyib və o gündən şeir yazmağa başlayıb. Ədəbi fəaliyyətə isə o, 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlayıb. Ən məşhur şeiri isə “Bu dünyanın qara daşı göyərməz” sayılır.

Musa Yaqub 1995-2000-ci illərdə Milli Məclisin Birinci Çağırış deputatı seçilmişdir. O, həmin zaman rəsmi nümayəndə heyətinin tərkibində İran, Türkiyə və Kipr kimi ölkələrdə səfərdə olub. Şair, həmçinin İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur.

Musa Yaqub M.F. Axundov adına mükafata layiq görülmüşdür. O, həmçinin 2019-cu ildə “Azərbaycan Respublikasının Xalq şairi” fəxri adını almışdır.

Şairin “Yarpaqlar oxuyur”, “Bu məhəbbət yaşadır məni”, “Mənim kainatım”, “Üzü bəri baxan dağlar”, “Yaxşı ki, sən varsan”, “Bir sim üstə”, “İki qəlbin işığı”, “Nanə yarpağı”, “Payızdan yaza yol varmı” kitabları var.

Musa Yaqub 7 may 2021-ci ildə vəfat edib. O, Buynuz kəndində valideynlərinin və həyat yoldaşının məzarı yanında dəfn olunub.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Oxşar xəbərlər