top
“Əli və Nino” romanında əks olunan Yalama döyüşündən 103 il ötür
27 aprel 2023, 13:45
- ↺ +

“Əli və Nino” romanında əks olunan Yalama döyüşündən 103 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

27 aprel 1920-ci ildə bolşevik Rusiyasının silahlı qüvvələri - başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib dövlətin ərazisini işğal etməyə başlayır. 60-70 min nəfərdən ibarət XI Qırmızı Ordu öndə “III İnternasional” və daha 3 zirehli qatar, 300 nəfərdən ibarət piyada desant olmaqla Samur çayı üzərindəki körpünü keçirlər. Onlar Azərbaycana Yalama-Xaçmaz tərəfindən daxil olurlar.

İlk toqquşma stansiyaya bir kilometr qalmış baş verir. Qəza törədib dəmir yolunu sıradan çıxarmaq və qatarların önünü kəsmək məqsədilə Yalamadan parovoz yola salınır. Lakin “III İnternasional”dan iki sərrast top atəşi ilə buxar maşınının qazanı partladılır.

Döyüş iki saat davam edir. AXC-nin ordusunun əksəriyyəti Qarabağda erməni üsyançıları ilə döyüşdə olmuşdu. Buna görə Yalama qarnizonu 350 nəfərdən ibarət idi. Sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkilərkən qüvvələri qeyri-bərabər olduğundan hücumu dayandırmaq məqsədilə dəmiryol körpüsünü yandırırlar.

Aprelin 27-də hərbi nazir Səməd bəy Mehmandarov Cavad bəy Şıxlinskiyə Qərb cəbhəsinə vurduğu teleqramda belə bildirirdi: “Bolşeviklər Yalama stansiyasına hücum edib Xudatı tutmuşlar. Vəziyyət böhranlıdır. Əmr edirəm: bu gün hər birində 500 tüfəngdən az olmayaraq, Qazaxdan 1 batalyonu, Gəncədən 1 batalyonu Qızılburuna gətirin”.

1920-ci il aprelin 28-də saat 5-də “III İnternasional” zirehli qatarı 23 saatlıq Yalama-Bakı məsafəsini qət edərək, Bakı vağzalına çatır.

Döyüş Qurban Səidin “Əli və Nino” adlı romanında belə əks olunub: “Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar gəldi. Onlar şəhəri mühasirəyə aldılar və parlament təslim oldu. Qaça bilməyən bütün nazirlər həbs olundu, parlament də ləğv edildi. Rus fəhlələri öz həmvətənlərinin tərəfinə keçdilər…”.

Jurnalist Arif Əliyev 2017-ci ildə “Yalama” adlı sənədli povest nəşr etmişdi, 2018-ci ildə isə həmin povest əsasında “Əsgərlər unudulanda ölürlər” filmi çəkilmişdir.

[video width="1280" height="720" mp4="https://shimal.news/storage/photos/2023/04/otrezok.mp4"][/video]

 

İstinad edilən mənbələr: 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Dünən, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Dünən, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Dünən, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Dünən, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Dünən, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Dünən, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Cəmiyyət
Dünən, 09:34

Şimala qar yağdı

Oxşar xəbərlər