İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, qəza Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunda qeydə alınıb.
Aşıqbayramlı kəndi ərazisində "Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurduqdan sonra idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı piyada — 65 yaşlı Əzim Ağayev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.