Yay mövsümünə keçidlə əlaqədar Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatar reyslərinin hərəkət qrafikində dəyişiklik edilib.
Shimal.News xəbər verir ki, Azərbaycan Dəmir Yolları tərəfindən verilən məlumata əsasən, iyunun 6-dan etibarən sözügedən marşrut üzrə qatarlar şənbə və bazar günləri ikitərəfli qaydada fəaliyyət göstərəcək.
Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.