top
Əyriçay su anbarının ikinci mərhələsi gündəmdə – Şəki və Qax üçün strateji layihə
Foto
20 may 2026, 09:00
- ↺ +

Əyriçay su anbarının ikinci mərhələsi gündəmdə – Şəki və Qax üçün strateji layihə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəki rayonu ərazisində yerləşən Əyriçay su anbarının ikinci mərhələsinin inşası və bərpası yenidən gündəmə gəlib.

AZƏRTAC-ın məlumatına görə, həcminə görə bölgədə Şəmkirçay su anbarı və Viləşçay su anbarından sonra üçüncü ən iri su tutarı hesab olunan Əyriçay su anbarı ölkədə həyata keçirilən ilk böyük hidrotexniki layihələrdən biri sayılır.

Məlumata görə, layihənin tikintisi 40 il əvvəl iki mərhələdə nəzərdə tutulsa da, indiyədək yalnız birinci mərhələ tamamlanıb. Hazırda isə su ehtiyatlarına artan tələbat və bölgədəki suvarma problemləri layihənin davam etdirilməsini zəruri edib.

Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Nüsrət İsrafilov bildirib ki, layihənin əsas məqsədi Şəki və Qax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təmin olunmasıdır.

Qeyd olunub ki, su anbarı Qudula, Babaratma, Qaradağlı və Küdürlü kəndlərinin ümumilikdə 1200 hektarlıq ərazisini əhatə edir. Lakin dağ çaylarının gətirdiyi lil qatının artması səbəbindən suyun axınında ciddi problemlər yaranıb.

Mütəxəssislərin hesablamalarına görə, Şin çayı, Kiş çayı və Əyriçaydan qidalanan su anbarına il ərzində təxminən 1 milyon 300 min kubmetr lil yığılır. Bu isə anbarın faydalı həcmini əhəmiyyətli dərəcədə azaldır.

Bildirilir ki, müəyyən tədbirlər görüldüyü təqdirdə anbarın su tutumu iki dəfə artırıla və bununla da 18 min hektara yaxın ərazi suvarma suyu ilə təmin oluna bilər.

Baş mühəndisin sözlərinə görə, artıq layihə sənədləri hazırlanaraq yekunlaşdırılıb və yaxın vaxtlarda tikinti-quraşdırma işlərinə başlanılması planlaşdırılır.

Vurğulanıb ki, layihənin həyata keçirilməsi yalnız kənd təsərrüfatının inkişafına deyil, həm də Ağyazı ərazisində fəaliyyət göstərən aqroparkın su təminatının yaxşılaşdırılmasına, istehsal sahələrinin genişləndirilməsinə və yanğınlarla mübarizədə operativliyə mühüm töhfə verəcək.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər