Zaqatalada uzun illər təhsil sahəsində çalışan Xalisət Qurbanova vəfat edib.
Shimal.News xəbər verir ki, dəfn mərasimi bu gün Zaqatala rayonunda keçiriləcək.
Qeyd edək ki, Xalisət Qurbanova TƏBİB-in sabiq rəhbəri, Vüqar Qurbanovun anasıdır. O, uzun illər pedaqoji fəaliyyət göstərib, çoxsaylı şagird və tələbələrin yetişməsində mühüm rol oynayıb.