top
Nəqliyyat eksperti ödənişli yoldan danışıb
17 fevral 2024, 16:58
- +

Nəqliyyat eksperti ödənişli yoldan danışıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu istifadəyə verildiyi gündən bəri bir sıra səbəblərdən etirazlarla qarşılanıb. Bu barədə ShimalNews 17 fevral tarixində “Ölkə.az”a istinadən məlumat verir.

Başlıca olaraq narazılıq müəyyən olunan tariflərin olduqca yüksək olması, digər tərəfdən isə ödənişli yolda müəyyən sürət hədlərinin tətbiq olunması ilə bağlıdır.

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli fikirlərini söyləyib:

“Ümumiyyətlə, Quba istiqamətində istifadəyə verilən ödənişli yolla bağlı bir sıra narazılıqlar var. Birinci narazılıq tariflərin yüksək olması ilə bağlıdır. Hətta dünən millət vəkili Vahid Əhmədov da bu yolda qiymətlərin baha olmasını dilə gətirdi. Həqiqətən də bu yoldan istifadə edənlər üçün çox yüksək məbləğdir.

Digər tərəfdən ödənişli yolun yaxınlığından keçən köhnə yol dağılıb və sıradan çıxıb. Bu isə Quba və Xaçmaz istiqamətində hərəkət edən insanlar üçün ciddi problemlər yaradır. Sürət həddi dünyanın istənilən avtobanında mövcuddur. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda istifadə olunan avtomobillərin əksəriyyəti işlənmiş və istismar müddəti başa çatmağa yaxınlaşan maşınlardır. Buna görə də nəqliyyat vasitəsinin maksimal sürəti ciddi qəzalara gətirib çıxara bilər. Bu səbəbdən sürətin müəyyən həddə qədər məhdudlaşdırılması məqsədəuyğun hesab olunur.

Amma digər magistrallarda olduğu kimi, saatda 110 km/saat və daha aşağı sürət tətbiq olunursa, bu bir növ ödənişli yoldan istifadə edən vətəndaşların hüquqlarının pozulmasıdır. Çünki insanlar sürətlə hərəkət etmək məqsədilə o yola görə ödəniş edirlər. Buna görə də ödənişli yolda kəskin məhdudlaşdırıcı sürət həddinin olmasını qəbul etmək olmaz. Bundan əlavə, yolun girişində sürət hədləri ilə bağlı məlumatverici nəqliyyat nişanları qoyulmalıdır”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 01:03

"Aztelekom"un ağacdələn və sincab macərası – Qubada internet düzəlmir

Hadisə
Bu gün, 00:01

Antiterror əməlliyatından 3 il ötür

Siyasət
Dünən, 19:16

Alban-Udi icması Ermənistanın diplomatların Qarabağa səfərinə reaksiyasını pislədi

Cəmiyyət
Dünən, 17:50

Xaçmazda şagirdlərin məktəbə daşınması niyə dövlət hesabına deyil? - RƏSMİ CAVAB

Hadisə
Dünən, 16:50

Qubada avtomobillər toqquşdu: 5 nəfər yaralandı - YENİLƏNİB

Cəmiyyət
Dünən, 15:50

Dirəklər əyilib, naqillər sallanıb: Quba sakinləri həll gözləyir

Cəmiyyət
Dünən, 15:00

"Shimal.News" yazdı, qurum hərəkətə keçdi

Cəmiyyət
Dünən, 14:00

Dağlıq və dağətəyi rayonlarda yağış gözlənilir

Hadisə
Dünən, 13:00

"Şəki yaylası"ndakı faciə: istintaq davam edir

Cəmiyyət
Dünən, 12:10

İsmayıllı rayon prokurorluğunda "Açıq qapı" günü keçirilib

Bütün xəbərlər
Dünən, 11:20

Dövlət Agentliyi Şimalda müddətdən artıq hərbi xidmətə qəbul elan edir

Cəmiyyət
Dünən, 10:30

Qubada yaşı 100-dən çox olduğu iddia edilən çinar kəsilib

Hadisə
Dünən, 09:30

Zaqatalada 2 uşaq atasının meyiti evinin həyətində tapıldı

İdman
17 sentyabr 2026, 17:10

"Neftçi" 1000-cü oyununu Qəbələdə keçirəcək – yubileyə bir addım qalıb

Cəmiyyət
17 sentyabr 2026, 16:30

Prezident və birinci xanım Şamaxıya səfər ediblər

Hadisə
17 sentyabr 2026, 15:09

Şəkidə fərdi yaşayış evi yandı – ev sahibəsi xəsarət aldı - FOTO

Cəmiyyət
17 sentyabr 2026, 14:59

Xaçmazda məktəb ətrafında piyada zolaqları yoxdur – Valideynlər narahatdır

İqtisadiyyat
17 sentyabr 2026, 14:03

Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub

İdman
17 sentyabr 2026, 13:33

"Qəbələ"nin yeni baş məşqçisinin köməkçisi bəlli oldu

Siyasət
17 sentyabr 2026, 13:00

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

İqtisadiyyat
17 sentyabr 2026, 12:30

Qusarda kənd yumurtası bahalaşdı

Cəmiyyət
17 sentyabr 2026, 11:46

Qəbələ və Zaqatala üçün yeni beynəlxalq hava marşrutu

Cəmiyyət
17 sentyabr 2026, 11:11

Xaçmazda kənd yolunun kənarı zibilliyə çevrilir – Sakinlər narazıdır

Hadisə
17 sentyabr 2026, 10:14

Zaqatalada güllə yarası almış kişi meyit tapıldı

Oxşar xəbərlər