Cari ilin yanvar ayında Xaçmaz rayon sakini Xəqani Əhmədov səhhətində yaranan problem səbəbindən avtomobilin sükanı arxasında həyatını itirib. Bu barədə ShimalNews 28 fevral tarixində məlumat verir.
Bu halların təkrarlanmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. Səhhətində ciddi problemlər olduğunu bilən şəxslər sükan arxasına əyləşməməlidirlər. Özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamaq xahiş edilib.