Xaçmazda 34 yaşlı kişiyə çoxsaylı bıçaq xəsarətləri vuran adam saxlanılıb. Bu barədə ShimalNews 4 mart tarixində məlumat verir.
Hadisənin martın 2-si baş verdiyi haqda xəbər dərc etmişdik. Xaçmaz rayon sakini Kamran Niftəliyev yaralanaraq, Mərkəzi Xəstəxanaya yerləşdirilmişdi.
Araşdırma zamanı bıçaqlanmanın Qaraqurdlu kəndi ərazisində yerləşən kafedə baş verdiyi məlum olub. 38 yaşlı Faiq Cəbrayılov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.